Biz insanlar çox vaxt həyatımızda nələrin baş verdiyini dərk etdiyimizi düşünürük. Qarşımıza məqsəd qoyur, planlar qurur, seçimlər edirik. Amma zaman keçdikcə görürük ki, nə qədər istəsək də bəzi şeylər dəyişmir. Həmişə eyni münasibətləri yaşayırıq, eyni qorxularla qarşılaşırıq, özümüzə qarşı eyni tənqidi münasibəti davam etdiririk. Sanki içimizdə bir şey bizi geri çəkir…
Bu “görünməz idarəçi” – bizim şüuraltı zəkanımızdır.
Şüuraltı nədir?
Şüuraltı – bizim düşüncə, hiss, davranış və qərarlarımızı yönləndirən, lakin şüurlu şəkildə fərqinə varmadığımız zehni və emosional sistemdir. Beynimizdə dərinlərdə yerləşir və gündəlik həyatda verdiyimiz qərarların çoxunu o formalaşdırır.
Elmi araşdırmalara görə:
İnsan beyninin fəaliyyətinin təxminən 90-95%-i şüuraltı səviyyədə, yalnız 5-10%-i şüurlu səviyyədə baş verir.
Bu o deməkdir ki, biz hər nə qədər düşünürüksə, analiz ediriksə də, əslində bizi yönləndirən “daxili avtomatik proqramlar”dır.
Şüuraltı necə formalaşır?
Şüuraltının əsas formalaşma mərhələsi 0-7 yaş aralığıdır. Bu dövr “proqramlaşma dövrü” adlanır. Uşaq bu yaşda ətrafında baş verənləri dərk etmir, amma hər şeyi şərtsiz şəkildə qəbul edir.
Bu mərhələdə:
Valideynlərin münasibətləri,
Eşitdiyi cümlələr (“sən bacarmazsan”, “qorx, diqqətli ol”),
Travmatik hadisələr (itkilər, qorxular, şiddət),
Cəmiyyətin mesajları (ayıb, günah, dəyərsizlik),
Ailənin maddi və mənəvi inancları,
Hətta genetik kodlarla keçən ailəvi travmalar belə şüuraltıya yazılır.
Bu yaddaş yadda qalır və biz fərqində olmadan həyatımızda həmin proqramlara uyğun seçimlər edirik.
Şüuraltının təsiri: Səbəb deyil, kök axtar
Gündəlik həyatda şüuraltının əksini bu cür görürük:
“Niyə daim eyni insan tiplərini həyatımda çəkirəm?”
“Həmişə özümü günahkar hiss edirəm, niyə?”
“Dəyişmək istəyirəm, amma nəsə içimdə məni saxlayır.”
Bu sualların cavabı çox vaxt məntiqdə yox, şüuraltı kodlarımızda gizlidir. Yəni bizim indiki davranışlarımızın səbəbi çox vaxt keçmişdə yazılmış kodlardır.
Şüuraltı necə işləyir?
Şüuraltı:
Simvollarla, hisslərlə və təkrarlarla işləyir.
Hər hansı bir hiss, travma və ya inanc sistemə daxil olduqda onu “doğru və təhlükəsiz” hesab edir.
Ona görə də siz dəyişmək istədikdə o müqavimət göstərə bilər.
Məsələn: “Mən uğurlu olmaq istəyirəm” deyirsiniz, amma şüuraltınızda “uğurlu olmaq təhlükəlidir” inancı varsa, bu inanc sizi uğurdan qoruyacaq.
Həyatda necə təsir edir?
1. Münasibətlərdə:
Valideyn münasibətlərini model kimi qəbul etdiyiniz üçün, istəmədən o tip insanları həyatınıza çəkirsiniz və ya o cür davranırsınız.
2. Maliyyə sahəsində:
Əgər uşaqlıqda “pul pisdir”, “bolluq ayıbdır” kimi inanclar varsa, həyatınızda pul gəlsə belə, onu saxlaya bilmirsiniz.
3. Özünüzlə münasibətinizdə:
Daxili tənqidçi səs, utanc, günahkarlıq hissi, özünü dəyərsiz görmək – hamısı şüuraltı mesajlardır.
4. Sağlamlıqda:
Bədən xəstəlikləri çox vaxt emosional blokajların və şüuraltı qorxuların fiziki əksidir.
Şüuraltı ilə necə işləmək olar?
Ən önəmli sual: bəs bütün bunları necə dəyişə bilərik?
1. Regresiya Seansları
Keçmişdəki travmaları, qorxuları və emosional izləri şüuraltı səviyyədə araşdırmağa kömək edir. Uşaqlıq və ya keçmiş həyatlarla bağlı blokajların kök səbəbləri ortaya çıxır və şəfa alır.
2. Theta Healing
Theta beyin dalğası vəziyyətində şüuraltı proqramlara daxil olmaq mümkündür. Bu üsul vasitəsilə köhnə və məhdudlaşdırıcı inanc sistemləri təyin edilir və yeniləri ilə əvəz olunur.
3. JAAS Metodu (Jean Adrienne tərəfindən yaradılıb)
Enerji bədənindəki görünməyən naqilləri, enerjisel müqavilələri və blokajları təmizləyir. Qorxu, qəzəb, təslimiyyət kimi duyğuları neytrallaşdırır.
4. Reiki və Mələk Reikisi
Şəfanı ruhani enerji ilə bədənə yönləndirir. Bloklanmış enerji axınını açır, sakitlik, sevgi və rahatlıq gətirir.
5. Numerologiya Analizi
Şəxsin doğum tarixi və adı üzərindən ruhsal potensialı, dərsləri və həyat yolunu açıqlayır. Bu, insanın özünü daha dərindən tanımasına və güclü tərəflərinə yönəlməsinə kömək edir.
Dəyişiklik haradan başlayır?
Dəyişmək üçün əvvəlcə şüuraltını görmək, sonra onu anlamaq, və nəhayət onu sevgi ilə dəyişdirmək lazımdır. Əks halda hər yeni addım köhnə proqramın içində atılmış olur və nəticə dəyişmir.
Siz bu dərin qatla işlədikcə:
Özünüzə dəyər verməyi öyrənirsiniz,
Təkrar edən münasibətlər döngüsündən çıxırsınız,
Maddi və emosional bolluğu qəbul etməyə başlayırsınız,
Öz gücünüzü və niyyətlərinizi aydınlaşdırırsınız.
Son söz
Şüuraltı sizin düşməniniz deyil. O sizi qorumaq üçün oradadır. Amma siz böyüdükcə və dəyişdikcə, bu qoruma mexanizmləri artıq sizə xidmət etməyə bilər.
İndi onunla sevgi və anlayış içində tanış olmaq zamanıdır.
Çünki həyat dəyişmir. Siz dəyişirsiniz. Və siz dəyişdikcə həyat da sizin ardınızca dəyişir.