Psixoloji və enerjiterapiya metodlarını birləşdirərək Reqressiya, Theta Healing, JAAS və Reiki vasitəsilə həm şüuraltını, həm ruhu azad etməyə yönəlmiş seanslar keçirirəm.
Həyatımızı yalnız gördüklərimiz deyil, şüuraltımızda gizlənən inanclar, qorxular və duyğular da idarə edir. Bu görünməyən qatla işləmək onu təmizləmək və dönüştürmək həm ruhi azadlıq, həm də həyat keyfiyyəti üçün vacibdir.
Mən seanslarımda psixoloji rahatlama və enerji tarazlığı yaradan müasir və ruhani terapiya metodlarını birləşdirirəm. Hər bir insanın daxili ehtiyacına uyğun olaraq fərdi yanaşma tətbiq edirəm.
İstifadə etdiyim metodlar:
Regresiya – Keçmiş təcrübələrə şüuraltı səviyyədə nəzər salaraq blokajların aradan qaldırılması
Theta Healing – Dərin inancların dəyişdirilməsi və şüuraltının yenidən proqramlanması
JAAS texnikası – Emosional və enerji bloklarının təmizlənməsi
Reiki – Bədənin enerji axınının tarazlanması və rahatlama
Mələk Reikisi – Mələk enerjiləri ilə işləyərək daha yüksək şüurdan şəfa və qorunma alma
Bu metodlar sayəsində həm zehni, həm ruhu, həm də enerjini harmoniyaya gətirmək, daxili gücü oyatmaq və həyatınıza yeni bir nəfəs gətirmək mümkündür.