Hər bir insanın həyatında elə bir an olur ki, “Artıq dəyişməliyəm” deyə düşünür. Bu, uzun illər davam edən münasibət yorğunluğu, davamlı təkrar edən peşmanlıqlar, ya da bir anda həyatımızın əlimizdən axıb getdiyini hiss etdiyimiz məqam ola bilər.
Biz dəyişmək istəyirik daha güclü, daha sakit, daha balanslı bir versiyamız olmaq arzusundayıq. Amma sonra nə baş verir?
Bunu deyirik: “Çalışıram, amma olmur.”
“Başlayıram, sonra yarımçıq qalır.”
“Sanki içimdə bir şey mənə mane olur.”
Bu tanış səslənir? Çünki dəyişmək istəyi ilə dəyişmək bacarığı arasında böyük bir görünməz divar var. Və bu divarın adı: şüuraltı müqavimətdir.
Dəyişməyə qarşı çıxan şüuraltı proqramlar
İnsan beynində gündəlik qərarların və davranışların 90%-dən çoxu şüuraltı səviyyədə idarə olunur. Bu o deməkdir ki, biz ağlımızla nə qədər dəyişmək istəsək də, əgər şüuraltı bu dəyişiklikləri təhlükə kimi qəbul edirsə, o, hər vasitə ilə bizi köhnə halımıza qaytaracaq.
Məsələn, əgər siz “Mən uğurlu olmaq istəyirəm” deyirsinizsə, amma şüuraltınızda “Uğur təhlükəlidir, məni tənqid edəcəklər”, “Uğurlu olmaq üçün gərək çox əziyyət çəkəsən”, “Uğurlu olsam sevilmərəm” kimi inanc proqramları varsa, siz öz əlinizlə o uğuru geri itələyəcəksiniz. Çünki şüuraltı sizi qorumağa çalışır onun baxış bucağı ilə.
Bu proqramlar isə çox zaman:
Uşaqlıqda valideynlərimizdən və müəllimlərimizdən eşitdiklərimiz, ətraf mühitdən aldığımız mesajlar, travmalar və yaşadığımız emosional ağrılar nəticəsində formalaşır.
Komfort zonası: Ağrılı olsa belə tanış olanı buraxa bilməmək
İnsan beyni tanış olanı “təhlükəsiz” sayır. Hətta əgər bu tanışlıq ağrılı, yorucu və məhdudlaşdırıcı olsa belə. Yeni bir həyata keçmək tanımadığımız sahəyə daxil olmaq deməkdir. Bu isə şüuraltı üçün bir təhlükə siqnalıdır.
Ona görə bəzən insanlar təkrarlayan zərərli münasibətlərə, yorucu işlərə, emosional asılılıqlara qayıdırlar çünki orada özlərini “tanış” hiss edirlər. Və tanış olan, təhlükəli görünməz.
Dəyişmək bir qərarla başlayır, amma bir proseslə baş tutur. Biz isə çox vaxt bu prosesi gözləmədən nəticə istəyirik. Məsələn, bir seansdan sonra tam dəyişmək, bir kitabdan sonra hər şeyi həll etmək, bir niyyətlə bütün blokajlardan azad olmaq istəyirik.
Halbuki dəyişiklik mərhələ-mərhələ olur:
-əvvəl fərqindəlik yaranır,
-sonra içimizdəki müqavimətlər ortaya çıxır,
-sonra azadlıq gəlir.
Bəzən bu mərhələlər çətin və yorucu ola bilər. Amma bu yolda özümüzə şəfqət və səbir göstərmək ən vacib dəstəkdir.
Özümüzü tanımadan dəyişməyə çalışmaq
Bəzən insan özünə aid olmayan rolları, inanc sistemlərini və gözləntiləri dəyişməyə çalışır. Valideynlərin, cəmiyyətin, çevrəmizin “nə olmalısan” dediyi bir obrazı dəyişməyə çalışırıq. Amma öz içimizdəki həqiqi “mən”i tanımadıqca, heç bir dəyişiklik sabit olmayacaq.
Bu mərhələdə Regresiya, Theta Healing, JAAS və s kimi metodlar şüuraltındakı köklü səbəbləri üzə çıxararaq sizi özünüzlə tanış edir.
Əslində dəyişmək deyil, özünü xatırlamaq baş verir.
Düşüncələrimiz, duyğularımız və bədənimiz bir bütöv sistemdir. Dəyişmək istəyiriksə, yalnız zehnimizlə deyil, enerji sahəmizlə də işləməliyik. Keçmiş travmalar, bastırılmış duyğular, başqasına aid enerjilər sahəmizdə blokajlar yaradır.
Bu blokajlar dəyişiklik enerjisinin bədənimizdə sərbəst axmasına mane olur.
Reiki, Mələk Reikisi, JAAS və enerji balansı seansları bu axını bərpa etməyə kömək edir. Enerji azad olduqca, daxili dəyişikliklər öz yerini tapır.
Dəyişmək mümkündür amma doğru yolla
Əgər siz bu yazını oxuyursunuzsa, artıq ilk addımı atmısınız. Bu, artıq sizdə fərqindəliyin başladığını göstərir.
Dəyişməməyiniz sizin zəifliyiniz deyil.
Sizə mane olan, sizi qoruyan köhnə bir mexanizmdir.
Bu mexanizmi sevgi ilə başa düşmək və buraxmaq mümkündür.
Və ən əsası heç kim tək dəyişmək məcburiyyətində deyil.
Əgər siz də bu yolu birlikdə getmək istəyirsinizsə, mən buradayam.
Ruhunuz sevgi ilə dolsun – Günel Xıdırova🦋
Əlaqə vasitələri:
WhatsApp: +994 51 560 09 44
E-mail: xgunel85@gmail.com
📍 Lokasiya: Seanslar onlayn formatda aparılır (Zoom, WhatsApp və s.)