Həyatın bəzi mərhələlərində özümüzü sanki eyni vəziyyətlərin içində ilişib qalmış kimi hiss edirik. Nə qədər dəyişmək istəsək də, daxildən bizi saxlayan görünməyən maneələrlə qarşılaşırıq. Bu maneələr çox vaxt şüuraltı yaddaşda, emosional yaddaşda, enerji bədənimizdə və ya keçmiş təcrübələrin izlərində gizlənir.
Mən təqdim etdiyim fərqli terapiya və enerji seansları ilə sizi bu görünməyən məhdudiyyətlərdən azad etməyə, daxili gücünüzə qovuşmağınıza və həyatınıza daha şüurlu şəkildə yön verməyinizə dəstək oluram.
Bu seanslar həm psixoloji rahatlama, həm də enerji bərpası üçün dərin, transformasiyaedici yanaşmalar təqdim edir.
Seanslar necə keçirilir?
Seanslar onlayn formada (Zoom, WhatsApp, və ya digər platformalarla) aparılır. Seansa başlamazdan əvvəl sizə rahat mühit yaratmaq və gündəlik haldan çıxaraq dərinləşməyə keçmək üçün qısa bir hazırlıq mərhələsi olur.
Ardınca isə mövzuya uyğun olaraq şüuraltı ilə, enerji bədəni ilə və ya hər ikisi ilə işləyən metod seçilir. Seans zamanı siz tam rahat vəziyyətdə olursunuz, çox zaman sadəcə suallara cavab verir və ya yönləndirmələri izləyirsiniz. Bəzi hallarda emosional boşalmalar, hiss artımları və ya enerji axışı hiss edilə bilər. Bütün bu proses təhlükəsiz, nəzarətli və şəfalı bir sahədə baş verir.
Təqdim etdiyim seanslar və metodlar
1. Regresiya Terapiyası
Regresiya, şüuraltınızda gizlənmiş və bu günkü həyatınıza təsir edən travmatik təcrübələrin, qorxuların və yanlış inancların qaynaqlarını tapmağa yönəlmiş dərin bir seansdır. Bu qaynaqlar uşaq vaxtı yaşanan hadisələr, ailəvi yaddaş və ya keçmiş həyatlara qədər gedib çıxır. Seans zamanı sizi dərin rahatlıq vəziyyətinə yönəldərək həmin köklərə birlikdə enirik və bu enerjiləri dəyişdirərək azad edirik.
Əsas təsir sahələri: travmalar, qorxular, emosional blokajlar, səbəbi bilinməyən çətinliklər İlham qaynağı: Brian Weiss, Dolores Cannon
2. Theta Healing
Theta Healing – beynin theta dalğa vəziyyətindən istifadə edərək şüuraltındakı inanc sistemlərini dəyişdirməyə yönəlmiş güclü bir şəfa metodudur. Bu metodla sizə xidmət etməyən, sizi məhdudlaşdıran düşüncələr (məsələn: “mən dəyərsizəm”, “həmişə təkəm”, “pul mənim üçün gəlmir”) tapılır və onların yerinə yeni, müsbət və sizi gücləndirən inanclar yerləşdirilir.
Əsas təsir sahələri: inanc dəyişimi, öz gücünü tanıma, münasibətlər, bolluq-bərəkət Qurucusu: Vianna Stibal
3. JAAS (Jean Adrienne Arınma Sistemi)
JAAS metodu, enerji bədənində gizlənmiş, çox vaxt ağılla dərk olunmayan blokajları təmizləməyə yönəlmiş, intuitiv və enerjisel bir texnikadır. Bu sistemlə sizin enerjinizdəki məhdudlaşdırıcı strukturlar, keçmişlə bağlar, müqavilələr, qorxular və proqramlar üzə çıxarılır və vibrasiya ilə təmizlənir.
Əsas təsir sahələri: səbəbsiz sıxıntı, yersiz qorxu, irəliləyə bilməmək, daxili gərginlik Qurucusu: Jean Adrienne
4. Reiki və Mələk Reikisi
Reiki – bədən və ruh arasında enerji axışını balanslaşdırmaq üçün istifadə edilən qədim Yapon şəfa texnikasıdır. Reiki ilə fiziki və emosional gərginlik azalır, daxildə sakitlik yaranır. Mələk Reikisi isə mələklərlə işləyən daha yüksək vibrasiyalı şəfa formasıdır. Bu texnika ilə mələk enerjilərinin rəhbərliyi altında ruhi və enerjisel təmizlənmə aparılır.
Əsas təsir sahələri: stress, yorğunluq, enerjisizlik, emosional yüklənmə Qurucuları:
– Kundalin Reiki: Ole Gabrielsen – Usui Reiki: Mikao Usui – Mələk Reikisi: Kevin Core
5. Numerologiya Analizi
Numerologiya doğum tarixi və ad üzərindən hazırlanan simvolik bir analizdir. Bu analiz vasitəsilə sizin daxili potensialınız, həyat dərsləriniz, hansı sahələrdə güclü olduğunuz, hansı dövrlərdə hansı mövzularla üzləşəcəyiniz aydın olur. Numerologiya həm özünüzü daha dərindən tanımaq, həm də düzgün qərarlar vermək üçün güclü bir vasitədir.
Əsas təsir sahələri: özünü tanıma, həyat yönü, illik enerjilər, daxili balans Əsaslandığı sistem: Qədim Avropanın məşhur filosoflarından Pifaqor sistemi
Hər bir seans sizi özünüzə bir addım daha yaxınlaşdırmaq üçündür
Seanslar sadəcə bir müalicə deyil bu, özünüzə doğru bir yolçuluqdur. Özünüzü daha yaxşı tanımaq, ruhunuzu dinləmək və həyatınızı daha şüurlu şəkildə dəyişdirmək üçün bu yolçuluqda mən sizə bələdçilik edirəm.
Əgər hansı seansın sizə uyğun olduğunu bilmirsinizsə, ilkin tanışlıq üçün əlaqə saxlayaraq uyğun istiqaməti birlikdə müəyyən edə bilərik.