JAAS Seansı – Şüuraltınızı Təmizləyin, Həyatınıza Azadlıq Gəlsin
Həyatınızda səbəbini anlamadığınız təkrarlanan hadisələr, daxili narahatlıqlar və ya davamlı çətinliklər yaşayırsınız? Özünüzü bəzən ilişib qalmış kimi hiss edirsiniz?
Bu hal çox zaman şüuraltınızda gizlənmiş köhnə proqramların, travmaların, qorxuların və mənfi inanc sistemlərinin təsirindən qaynaqlanır. Həmin inanc və blokajlar siz fərqində olmadan həyatınıza təsir edir.
JAAS seansı – bu görünməyən, amma həyatınızı yönləndirən şüuraltı səviyyədəki proqramları aşkara çıxarmaq, təmizləmək və sizi öz gücünüzlə birləşdirmək üçün hazırlanmış dərin enerjisel bir metoddur.
JAAS nədir?
JAAS – Jean Adrienne Archetype System, enerji təmizliyi və şüuraltı blokajların qaldırılması üçün yaradılmış bir texnikadır. Bu sistemdə əsas məqsəd – şüuraltınızda yerləşmiş sizi məhdudlaşdıran inanc, qorxu və travmaları tapmaq və onları enerjisel səviyyədə azad etməkdir.
JAAS metodunda əzələ testi (kineziologiya) vasitəsil işləyirik. Bu testlər vasitəsilə enerji sahənizdə gizlənmiş “dosyalar” açılır və şüuraltınız bizə onun içindəki məlumatları təqdim edir.
Seans necə keçirilir?
Seans fərdi olaraq aparılır və sizin enerjinizə uyğun şəkildə yönləndirilir. Aşağıdakı mərhələləri əhatə edir:
Niyyətin müəyyən edilməsi
Seansdan əvvəl sizin dəyişmək istədiyiniz sahə müəyyənləşdirilir: bolluq, münasibətlər, öz gücünüz, sağlamlıq, emosional azadlıq və s.
Əzələ testi ilə məlumatın çıxarılması
Əzələ testi ilə dosyalar açılır və bu yolla şüuraltınızda gizlənmiş travma, qorxu, andlar, mənfi inanc sistemləri aşkar olunur.
Blokajların və köhnə proqramların təmizlənməsi
Tapılan hər bir blokaj və mənfi proqram xüsusi enerji texnikası ilə təmizlənir. Şüuraltınız “yenilənmiş və azad” bir sahəyə çevrilib,dəyişib dönüşür.
Enerji balansının təmin edilməsi
Seansın sonunda enerji sahəniz tarazlaşdırılır və yeni enerjiniz qoruyucu tezliklərlə bağlanır.
JAAS sizə necə kömək edir?
JAAS seansı ilə siz:
Pul, münasibət, özünüzə inam kimi sahələrdəki blokajlarınızı aşkar edib azad ola bilərsiniz
Həyatınızda davamlı təkrarlanan mənfi ssenariləri dayandıra bilərsiniz
Daxili sakitlik və enerji yüngüllüyü hiss edə bilərsiniz
Şüuraltı ilə işləyərək həyatınızı daha şüurlu şəkildə qurmağa başlaya bilərsiniz.
Seans hansı mövzularda tətbiq olunur?
Pul və bolluq enerjisinin təmizlənməsi
Münasibətlərdə təkrarlanan problemlər
Öz gücünüzü və potensialınızı oyatmaq
Sağlamlıqla bağlı emosional səbəbləri tapmaq
Karmik əlaqələri və ruhsal dərsləri anlamaq
Həyat yolunuzu və ruhsal missiyanızı kəşf etmək
Seansın detalları:
Müddət: 60 dəqiqə
Format: Onlayn (Zoom və ya WhatsApp səsli və ya video zəngi)
Fərdi olaraq yalnız sizin enerjinizə uyğun şəkildə aparılır
Seans sonrası tövsiyələr və ruhsal yönləndirmə təqdim olunur
Əgər həyatınızda dəyişiklik istəyirsinizsə, daxildə bir çağırış hiss edirsinizsə və təkrar edən çətinliklərdən azad olmaq istəyirsinizsə – JAAS seansı sizin üçün dönüş nöqtəsi ola bilər.
📩 Əlaqə üçün WhatsApp və ya Instagram üzərindən mənimlə əlaqə saxlaya bilərsiniz. Seans yazılışı və əlavə suallar üçün sizə məmnuniyyətlə yön göstərərəm.
Hazırsınızsa, birlikdə şüuraltınıza doğru dərin bir səyahətə başlayaq.
Çünki dəyişiklik içəridə başladıqda həyat da dəyişməyə başlayır.
Əlaqə vasitələri:
WhatsApp: +994 51 560 09 44
E-mail: xgunel85@gmail.com
📍 Lokasiya: Seanslar onlayn formatda aparılır (Zoom, WhatsApp və s.)