Regresiya terapiyası, şüuraltında gizlənmiş travmaların, qorxuların və keçmişdə yaşanmış təcrübələrin şəfa tapması üçün istifadə olunan güclü bir texnikadır. Bu terapiya vasitəsilə insan şüuraltı səviyyədə indiki həyatındakı çətinliklərin səbəbini aşkar edə və onları keçmiş yaşantılarla əlaqələndirə bilər.
Bəzən ruhumuz bu həyatdan əvvəl də təcrübələr yaşamış ola bilər. Regresiya bu təcrübələri xatırlamağa və bu günkü həyatımızda bizi tutan enerjiləri azad etməyə kömək edir.
Regresiya nədir?
Regresiya sözü latınca “geri dönmək” mənasını verir. Bu terapiya:
İndiki həyatda baş vermiş uşaqlıq travmalarına,
Ana bətnindəki təcrübələrə,
Və ya keçmiş həyatlara (əgər inanılırsa) gedərək, bu təcrübələrin yaratdığı şüuraltı izləri təmizləməyi hədəfləyir.
Bu izlər fərqində olmadan insanın həyatında:
Təkrarlanan münasibətləri,
İzaholunmaz qorxuları,
Özünə güvənsizliyi,
Qərarsızlığı və daha çoxunu yarada bilər.
Regresiya seansının gedişatı necə olur?
Regresiya seansı adətən 1.5 – 2 saat davam edir. Sessiya zamanı pasiyent dərin rahatlama halına (yüngül trans vəziyyəti) keçərək şüuraltı ilə əlaqəyə girir. Seans mərhələləri belədir:
1. İlkin danışıq və mövzunun müəyyənləşməsi
Seans başlamazdan əvvəl sənə narahatlıq verən mövzu və ya suallar müzakirə olunur. Məsələn: “Niyə özümü daim tənha hiss edirəm?” və ya “Niyə pul həyatımda sabit olmur?”
2. Rahatlama və trans halına keçid
Bələdçili meditasiyalar vasitəsilə nəfəsə fokuslanaraq dərin rahatlığa girirsən. Bu mərhələdə beyin daha çox alpha və theta dalğalarına keçid edir — bu da şüuraltı ilə təmas üçün əlverişli haldır.
3. Keçmişə səyahət
Şüuraltı səni sənə uyğun olan təcrübəyə aparır: bu indiki həyatının uşaqlıq dönəmi, ana bətnindəki dövr və ya keçmiş həyat ola bilər. Bu zaman sən bir müşahidəçi kimi yaşananları izləyirsən və heç bir travmanı yenidən yaşamırsan — sadəcə fərqindəlik və anlama baş verir.
4. Anlama və şəfa
O təcrübənin bu gün sənin həyatına necə təsir etdiyini görürsən. Terapevtin yönləndirməsi ilə həmin situasiyadan çıxan hisslər təmizlənir və yerinə sevgi, güvən və azadlıq hissləri yüklənir. Sən artıq bu proqramdan azadsan.
5. Seansın bağlanması və paylaşım
Seans sonunda səfərin mənası, mesajları və əldə etdiyin fərqindəliklər müzakirə olunur. Həmçinin gündəlik həyatda nəyi fərqli edə biləcəyinlə bağlı tövsiyələr verilir.
Kimlər üçün uyğundur?
Regresiya terapiyası:
Özünü dərin tanımaq istəyənlərə,
Təkrarlanan həyat ssenarilərindən yorulanlara,
İzaholunmaz qorxu, sıxıntı, ağrı və narahatlıqları olanlara,
Münasibətlərdə, bolluqda və özünə güvəndə blokaj yaşayanlara uyğundur.
Seansdan sonra nə hiss olunur?
Seansdan sonra çox vaxt insanlar:
Daha yüngül,
Daha azad,
Daha anlayışlı və özünə yaxın hiss edir.
Bəzən seansdan sonra yüngül emosional boşalmalar yaşana bilər — bu, daxili təmizlənmənin və şəfanın göstəricisidir.
Qısa qeyd:
Regresiya terapiyası bir “keçmişi görmək oyunu” deyil. Bu, ruhun dərin yaddaşından şəfa üçün məlumat almaqdır. Hər kəsin yaşadığı təcrübə fərqlidir və seansın məqsədi keçmişdə ilişib qalmamaq, əksinə orada ilişib qalmış hissləri azad etməkdir.
Əgər siz də bu həyatda sizə təsir edən görünməyən bağları kəsmək, özünüzə daha yaxın olmaq və ruhunuzun səsini dinləmək istəyirsinizsə, regresiya seansı sizin üçün güclü bir addım ola bilər.
Əlaqə vasitələri:
WhatsApp: +994 51 560 09 44
E-mail: xgunel85@gmail.com
📍 Lokasiya: Seanslar onlayn formatda aparılır (Zoom, WhatsApp və s.)